Google özünün güclü prosessorlarını inkişaf etdirməyə başlayıbbackend

Google bulud bazarında Amazon ilə rəqabət aparmaq üçün özünün ARM əsaslı server prosessorlarını inkişaf etdirməkdə “əsas mərhələni” keçib.

Bu barədə “The Information” mənbələrə istinadən məlumat yayıb.

The Information-a görə, Google öz serverlərini 2025-ci ildə ARM prosessorlarına köçürə bilər.

Qeyd edilir ki, Google bu nişdə əsas oyunçu olan Amazon şirkəti ilə icarə serveri (SaaS) bazarında “tutmaq” naminə bu layihəyə rəhbərlik edir.

Amazon dörd il əvvəl Amazon Web Services bulud infrastrukturunu bəzi “xüsusi” ARM çiplərinə köçürməyi bacardı.

Mənbə: The Information

İctimai.az