Google Play Rusiyadan gələn proqramların monetizasiyasını dayandıracaqbackend

Google Play proqramlar, oyunlar və kitablar mağazası dekabrın 26-dan Rusiyada bank hesabı olan tərtibatçılara ödənişləri dayandıracaq.

Bu barədə “Habr” portalında yerləşdirilən bildirişdən görünür.

“Artıq siz dünya üzrə satışdan əldə olunan gəlirlə hesablaşmayacaqsız”, – bəyanatda deyilir.

Google Play xəbərdarlıq edib ki, istifadəçilərin Rusiya tərtibatçılarından ödənişli proqramlar almaq, proqramdaxili alışlar etmək və abunəlikləri yeniləmək cəhdlərini rədd edəcək.

Məktubda bu tədbirin “qeyri-müəyyən müddətə” həyata keçirildiyi vurğulanır. Tərtibatçılara yekun ödənişlər gələn il – 15 yanvarda həyata keçiriləcək.

Oktyabrda Dövlət Dumasının deputatı Şəmsail Saraliev demişdi ki, Google öz qaydalarını pozaraq və qərbyönlü mövqedən çıxış edərək Rusiyanın düşmənidir. O, Rusiya hakimiyyət orqanlarını və biznes ictimaiyyətini rus tərtibatçılarının və istifadəçilərinin maraqlarını qorumaq üçün aktiv fəaliyyət göstərməyə çağırıb.