Google süni intellektdən istifadə edərək kosmosdan metan emissiyalarının monitorinqinə başlayacaqbackend

Google texnologiya korporasiyası və ətraf mühit təşkilatı Ətraf Mühitin Müdafiəsi Fondu (EDF) qlobal istiləşməni sürətləndirən güclü istixana qazı olan metan emissiyalarının mənbələrini müəyyən etmək üçün ortaqlıq elan ediblər. Bu barədə rəsmi Google bloqunda məlumat verilib.

Layihə çərçivəsində metan sızmalarını izləmək üçün nəzərdə tutulmuş bir neçə MethanSAT peykindən biri 2024-cü ilin mart ayında orbitə buraxılacaq.

Google informasiyanın emalı üçün hesablama gücünü təmin edəcək, həmçinin infrastrukturu – boru kəmərlərini, yanacaq çənlərini və s.-ni avtomatik müəyyən etmək üçün süni intellektdən istifadə edərək neft və qaz obyektlərinin xəritəsini çəkəcək. Bu, qazın ən çox hansı qovşaqlarda sızdığını anlamağa kömək edəcək.

Mənbə: TASS