Goranboy rayonunda şəhid ailələri ziyarət olunub – FOTObackend

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonuna səfəri zamanı Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edir, onların qayğıları ilə maraqlanır və görüşlər keçirir.

”Yeni Gündəm” xəbər verir ki,  növbəti belə görüş Goranboy rayonu Xoylu kəndində 44 günlük Vətən müharibəsinin şəhidi baş leytenant Elgün Fuad oğlu Xıdırovun ailəsində baş tutub. Görüşdə rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri iştirak edib.

İlk öncə şəhidlik zirvəsinə ucalan Elgün Xıdırovuntimsalında bütün şəhidlərimizin ruhu ehtiramla yad edilərək onlara Allahdan rəhmət dilənilib. Qeyd edilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başladılan əks-hücum əməliyyatı nəticəsində 30 illik həsrətimizə son qoyulub, igid oğullarımızın şücaəti sayəsində ərazi bütövlüyümüz təmin olunub. Vətən uğrunda aparılan haqq mübarizəmizdə canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini əziz tutmaq hər birimizin borcudur.

Həyatı və döyüş yolu hörmətlə xatırlanan şəhidinailə üzvləri də onlara göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.