Göyçayda ağır qəza: Ölən şəxslərin adları açıqlandıbackend

Göyçayda ağır avtomobil qəzası baş verib, ölənlər və yaralanan var.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Göyçay rayonunun Müskürlü kəndi ərazisində KIA markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlülər – Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüblər. Digər bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Faktla bağlı cinayət işi başlanılıb.