Göyərtəsində 550 sərnişinin olduğu təyyarəni ildırım vurubbackend

CityNews, Vankuver Beynəlxalq Hava Limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəni ildırım vurması anını əks etdirən video yayımladı. Hadisə ötən həftə sonu baş verib.

Videonun müəllifi bunu bazar günü, martın 3-də yerli vaxtla saat 19:30-a az qalmış lentə aldığını bildirib.

Video London Hitrou hava limanına uçan Air Canada reysini əks etdirir. Təyyarə uçuş-enmə zolağından qalxır, bundan sonra səma parlaq şəkildə işıqlanır və şimşək təyyarəni vurur. Hadisə zamanı Boeing 777-300-də 550 sərnişinin olduğu da məlumdur.

Mənbə: TASS