Göygöl rayonunda “Niva” markalı maşının aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.
İctimai.az xəbər verir ki, o, 1983-cü il təvəllüdlü Məhyəddin Kalpanovdur.
Həmçinin qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.













