Göygöldə “PeşədəSən” adlı forum keçirilibbackend

Forum Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Göygöl Peşə Məktəbi və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbir dövlət himni ilə açıq elan olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Daha sonra Göygöl Peşə Məktəbinin və Göygöl Gənclər Evinin təqdimat videoçarxları izlənilib.

Tədbirdə iştirak edən spikerlər – Göygöl Rayon İcra Hakimiyyətin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Məşğulluq filialının Təhlil və

Tərəfdaşlarla iş şöbəsinin müdiri Pərviz Əliyev, Göygöl Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova və Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə panel müzakirədə çıxış ediblər. Daha sonra natiqlər tələbə gənclər tərəfindən ünvanlanan suallara cavab veriblər.

Tədbirin rəsmi hissəsi bədii sonluq və xatirə şəklinin çəkilməsi ilə başa çatıb. İştirakçılar çay fasiləsindən sonra təlimlər üçün qruplara bölünərək təlimlərə qoşulublar.