Netflix və Take-Two Interactive, Grand Theft Auto-nun axın xidmətinə daxil edilməsi imkanlarını müzakirə etdilər.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazır.
Məşhur Rockstar franşizasının hansı hissəsi ilə bağlı şirkətlər arasında danışıqlar aparıldığı məlum deyil. Danışıqların necə başa çatdığı barədə məlumat verilmir.
Hazırda Netflix öz abunəçilərinə əsasən mobil cihazlar üçün uyğunlaşdırılmış oyunlar təklif edir. Grand Theft Auto-nun axın vasitəsilə müxtəlif platformalarda necə işləyə biləcəyi bəlli deyil.
The Wall Street Journal-ın məlumatına görə, Netflix son bir il ərzində öz proqramında oyun yükləmələrinin sayını əhəmiyyətli dərəcədə artıraraq 30,4 milyondan 70,5 milyona çatdırıb.Lakin abunəçilərin yalnız 1%-dən az hissəsi bu oyunları oynamağa aktiv vaxt sərf edir.
Mənbə: Haberler.com