“Günay Bank” müflis elan edildibackend

Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi “Günay Bank” ASC müflis elan edilib.

“Report” xəbər verir ki, bununla bağlı Bakı Kommersiya Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, Əmanətlərin Sığortalanmasl Fondu Banka ləğvedici təyin olunub. Fond əhalinin qorunan əmanətlərinin ödənilməsinin vaxtı və yeri barədə məlumat verəcək.