Gürcüstan parlamenti Avropa İttifaqının (Aİ) tövsiyələrinə uyğun olaraq yaradılmış Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosunun ləğvini nəzərdə tutan qanun layihəsini üçüncü və sonuncu oxunuşda qəbul edib. Səsvermə qanunverici orqanın saytında canlı yayımlanıb.
Səsvermə zamanı 77 deputat qanun layihəsinin lehinə səs verib və layihə imzalanması üçün Gürcüstan prezidenti Mixail Kavelaşviliyə göndərilib. Bundan sonra qurumun 2026-cı il martın 2-də fəaliyyətini dayandırması və onun funksiyalarının Dövlət Audit Xidmətinə verilməsi planlaşdırılır.
Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu 2022-ci ilin sonunda Aİ-nin tövsiyəsi əsasında Aİ üzvlüyünə namizəd statusu almaq üçün yaradılıb.













