Gürcüstan Aİ-yə namizəd statusu almaq şanslarını qiymətləndirir

Gürcüstana Aİ üzvlüyünə namizəd statusunun verilməsi şansı 50 ilə 50 arasındadır, çünki bu məsələ ilə bağlı qərar siyasi olacaq.

Sputnik Gürcüstan xəbər verir ki, bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.

“Şanslar 50-50-dir, çünki bu, siyasi qərardır. Faktlara əsaslanan texniki qərar olsaydı, şansımız 100 faiz olardı”, – Kobaxidze bildirib.

Siyasətçinin fikrincə, Avropaya inteqrasiya prosesinə Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyən “qlobal müharibə tərəfi” mane ola bilər.

“Qlobal Müharibə Partiyası 27 ölkədən birini sıxışdırıb çıxara bilər, bu halda Gürcüstana namizəd statusu verilməyəcək, əvvəlki iyunda bizə haqsız olaraq namizəd statusu verilmədiyi kimi”, o deyib.

Related Post