2022-ci ildən Gürcüstan Qərb ölkələrinin sanksiya siyahısına daxil edilmiş 2 mindən çox malın Rusiyaya buraxılmasına icazə verməyib.
TASS xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Risklərinin İdarə Edilməsi Xidmətinin rəis müavini Otar Rikadze bildirib.
Rikadzenin sözlərinə görə, sanksiya tətbiq edilən yüklərin izlənməsi prosesində Gürcüstan ABŞ və Avropa İttifaqından olan tərəfdaşlarla fəal əməkdaşlıq edir. “Sanksiyaların tətbiqi prosesində biz 2 min vahiddən çox sanksiya tətbiq edilmiş yükün keçməsinə icazə vermədik”, – Gürcüstan Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Eyni zamanda, rəsmi Tbilisi Rusiyaya qarşı öz sanksiyalarını tətbiq etməyib. Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili 2022-ci il fevralın 25-də bəyan edib ki, ölkə Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etməyi planlaşdırmır və bunu milli maraqlarla izah edib.