Gürcüstan Mixail Saakaşvili dövründəki cinayətləri araşdıracaqbackend

Gürcüstan parlamenti keçmiş prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətlərin araşdırılması üçün komissiyanın yaradılmasına səs verib. Qanunverici orqanın iclası internet saytında canlı yayımlanıb.

Komissiyanın yaradılmasının lehinə 83 deputat, əleyhinə isə heç kim səs verməyib.

Yanvarın əvvəlində parlament çoxluğunun lideri Mamuka Mdinaradze demişdi ki, komissiya 2003-2012-ci illər arasında hökumət tərəfindən törədilən sistemli cinayətləri araşdıracaq.

Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanı idarə edib.