Gürcüstan ölkədə sülhün bərqərar olduğunu elan etdibackend

Gürcüstanda sülh və sabitlik ölkə rəhbərliyinin apardığı siyasət sayəsində əldə olunub.

Bunu baş nazir İrakli Kobaxidze bu ölkədə akkreditə olunmuş səfirlərin konfransında bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti milli maraqları qoruya, ölkənin sabitliyini və əmin-amanlığını qoruya bildi.

Kobaxidze onu da vurğulayıb ki, bu gün Gürcüstanda bərqərar olan sülh təsadüfi deyil, ardıcıl və ağıllı siyasətin nəticəsidir.