Gürcüstan prezidenti Mixeil Kavelaşvili “sülh və inkişaf” üçün səs verəcəyini açıqlayıb. Onun sözlərini TASS agentliyi yayıb.
“Cəmiyyətlə səmimi olacağam. Bu, mənim üçün asan seçim idi. Biz bilirik ki, bir tərəfdən sülh, inkişaf və sabitlik var, digər tərəfdən isə təəssüf ki, iğtişaşlar, qarşıdurma və qütbləşmə var. Əminəm ki, cəmiyyətimiz də seçim etməkdə çətinlik çəkməyəcək”, – Kavelaşvili Tbilisidə seçki məntəqəsində səs verdikdən sonra mətbuata bildirib.
Kavelaşvilidən əvvəl parlament sədri Şalva Papuaşvili öz seçimini edib. O, Gürcüstan vətəndaşlarını seçkilər zamanı hakimiyyətin zorakılıqla devrilməsi planlarından əl çəkməyə çağırıb. Daha sonra o, siyasi partiyalar, media qurumları və qeyri-hökumət təşkilatları tərəfindən seçki prosesinə təxribat törətmək cəhdləri barədə xəbərdarlıq edib.