Gürcüstan Rusiya ilə diplomatik münasibətlərin bərpasını rədd edibbackend

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Rustavi 2” telekanalına müsahibəsində Abxaziya və Cənubi Osetiyanın statusu ilə bağlı Rusiya ilə diplomatik münasibətlərin bərpası ehtimalını rədd edib.

Baş nazir vurğulayıb ki, Gürcüstanın Rusiyaya qarşı siyasəti “tamamilə aydındır”. Kobaxidze qeyd edib ki, Tbilisidə “işğal” məsələsi ilə bağlı “qırmızı xətlər” var.

Nə qədər ki, ərazimizin 20 faizinin, iki tarixi rayonumuzun işğalı davam edir, diplomatik münasibətlərin bərpası təbii ki, mümkün deyil”, – o deyib.