Gürcüstan Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradacaqbackend

Gürcüstan parlamenti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rejiminin cinayətlərini araşdırmaq üçün komissiya yaradacaq. TASS xəbər verir ki, bunu hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının icraçı katibi, parlament çoxluğunun lideri Mamuka Mdinaradze brifinq zamanı deyib.

Onun sözlərinə görə, komissiya 2003-2012-ci illər arasında hökumətin törətdiyi sistemli cinayətləri araşdıracaq. Mdinaradze əlavə edib ki, xüsusi qurum Gürcüstan parlamentinin yaz sessiyasının ilk həftəsində hazırlanacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Qaluzin bəyan etmişdi ki, ölkələr arasında diplomatik münasibətləri Moskva yox, “2008-ci ilin avqustunda Cənubi Osetiya və Rusiyaya qarşı təcavüzkar müharibəyə başlayan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kəsib.”