Gürcüstanda etiraz aksiyaları təşkil edən 5 müxalifətçiyə qarşı ittiham irəli sürülübbackend

Gürcüstan Prokurorluğu beş müxalifət xadimini dövlət çevrilişinə və hökumətin devrilməsinə çağırışda ittiham edib.

Bu barədə agentliyin saytında məlumat verilib.

“Paata Burçuladze, Murtaza Zodelava, İrakli Nadiradze, Paata Mancqaladze və Laşa Beridzeyə qarşı ittiham irəli sürülüb”, – məlumatda deyilir.

Orada aydınlıq gətirilir ki, müxalifət nümayəndələri Gürcüstanın konstitusiya quruluşunun zorakılıqla devrilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham olunurlar. Onlar həmçinin qrup zorakılığını təşkil etmək, onlara rəhbərlik etmək və bu zorakılıqda iştirak etməkdə ittiham olunurlar.

Prokurorluğun məlumatına görə, dövlət çevrilişini təşkil etməyə cəhd edənləri 9 ilə qədər həbs cəzası gözləyir.