Gürcüstanda karantin qadağaları sərtləşdirilirbackend

Bu gündən Gürcüstanda ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat verib.

Qərar ölkədə koronavirusla bağlı vəziyyətin pisləşməsi ilə əlaqədər verilib.

“Yeni qaydalar mayın 3-dən 12-nə qədər davam edəcək. Qadağa taksilərə və şəhərlərarası nəqliyyata təsir etməyəcək”, – deyə kabinetdən bildirilib.

Qeyd edək ki, mart ayından Gürcüstanda koronavirusa yoluxma artır. Aprelin ortalarından ölkədə koronavirusun 3-cü dalğası xəbərdarlığı edilib.