Gürcüstanda Korrupsiyaya Qarşı Mübarizə Bürosu ləğv ediləcəkbackend

TASS xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili ölkənin Aİ-nin təşəbbüsü ilə yaradılan Korrupsiyaya Qarşı Mübarizə Bürosunu 2022-ci ildə ləğv edəcəyini açıqlayıb.

“2026-cı il martın 2-dən Korrupsiyaya Qarşı Mübarizə Bürosu ləğv ediləcək və onun funksiyaları tam olaraq Dövlət Audit Xidmətinə veriləcək”, – Papuaşvili izah edib.

Bundan əvvəl o, Avropa Komissiyasının Aİ-nin genişlənməsinə dair illik hesabatını şərh edib.

Papuaşvilinin sözlərinə görə, Brüssel Gürcüstanı siyasi diktələrə tabe etdirməyə çalışır. O, Brüsselin ölkəyə qarşı hazırkı münasibətinə baxmayaraq, Gürcüstanın Avropa İttifaqına (Aİ) gedən yolunu davam etdirəcəyini vurğulayıb.