Yanvarın 14-də Tbilisinin Ortaçala rayonunda keçmiş oteldə partlayış baş verib.
Bu barədə Mtavari telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, bir nəfəri xilas etmək mümkün olmayıb. Yaşlı bir kişi olduğu ortaya çıxdı. Zərərçəkənlər xəstəxanaya aparılıb.
Partlayışın ilkin səbəbinin təbii qaz sızması olduğu bildirilir. Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.
Yanvarın 12-nə keçən gecə Rotterdamda ardıcıl üç partlayış baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışlar şəhərin müxtəlif ərazilərində bir-birindən bir saat aralıda baş verib. Tələfat olmasa da, ilkin məlumata görə, partlayışlar nəticəsində binalara maddi ziyan dəyib. Rotterdam polisi araşdırma aparır, lakin hələ ki, həbs olunanlar yoxdur.