Gürcüstanda yerli seçkilər üçün bütün seçki məntəqələri oktyabrın 4-də səhər saat 8:00-da açılıb. Bu barədə RİA Novosti-yə istinadən Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani bildirib.
Onun sözlərinə görə, səsvermə insidentsiz başlayıb.
Oktyabrın 4-də Gürcüstanın 64 bələdiyyə və rayonunda eyni vaxtda yerli seçkilər keçirilir. Səsvermənin nəticələrinə görə Tbilisi, Kutaisi, Batumi, Rustavi və Poti şəhərlərinin merləri, 59 bələdiyyənin merləri və yerli şəhər şuralarının üzvləri seçiləcək.