Gürcüstanın mərkəzi hissəsində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətin episentri təxminən 178 min nəfər əhalisi olan Kutaisi şəhərindən 83 km şimal-şərqdə, 9 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.