2008-ci ilin avqustunda Cənubi Osetiya ilə müharibəni Gürcüstan deyil, keçmiş prezident Mixail Saakaşvili başlayıb, ölkənin baş naziri İrakli Kobaxidze iddia edir.
Bu barədə RİA Novosti məlumat yayıb.
Kobaxidzenin sözlərinə görə, münaqişənin başlamasının arxasında məhz Saakaşvilinin “qeyri-qanuni və cinayətkar rejimi” dayanıb və bu, hətta ayrıca araşdırma tələb etmir.
Bundan əvvəl Kobaxidze bəyan etmişdi ki, 2008-ci ildə Cənubi Osetiyada baş vermiş silahlı münaqişə Saakaşvilinin ən böyük cinayəti olub.
Kobaxidze həmçinin xatırladıb ki, Saakaşvilinin dövründə hakimiyyət “çoxsaylı cinayətlər” törədib. Gürcüstanın baş nazirinin sözlərinə görə, o zaman hərbi əməliyyatlar zamanı söhbət müdafiə xarakterli deyil, sırf hücum hərəkətlərindən gedirdi.