Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə mitinqdə iştirak etdiyi üçün Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) sədri Elina Valtonenlə görüşünü ləğv edib.
Bu barədə hökumətin bəyanatına istinadən Sputnik Georgia Telegram kanalı məlumat yayıb.
“Qərar Elina Valtonenin qeyri-qanuni mitinqdə iştirakı və yalan bəyanatlar yayması səbəbindən qəbul edilib”, – deyə məlumatda bildirilir.
Ötən gün Valtonen Gürcüstan parlamenti qarşısında etirazçılarla görüşüb.