BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Gürcüstana səfəri ölkənin Gürcüstana marağını nümayiş etdirir, Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Biz ilk dəfədir ki, BƏƏ prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edirik, bu, bizim üçün böyük şərəfdir. Sizin Gürcüstana səfəriniz ölkəmizə olan marağınızın ifadəsidir və biz bunu çox yüksək qiymətləndiririk”, – Gürcüstanın baş naziri bildirib.
Tərəflər daha çox birgə layihələr həyata keçirmək barədə razılığa gəliblər. Bundan başqa, BƏƏ prezidenti Əmirliyin Qafqaz ölkələri ilə əməkdaşlığını regionda sabitliyin təminatı adlandırıb.