Gürcüstanın baş naziri müxalifətin seçkilərdən sonra iğtişaşlar təşkil etmək planlarından danışıbbackend

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkədə oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra müxalifətin ölkədə kütləvi iğtişaşlar təşkil etməyə çalışacağını bildirib.

O, hesab edir ki, radikal müxalifətin qalib gəlmək şansı yoxdur və buna görə də seçkilərdən sonra vəziyyəti “eskalasiya etməyə” hazırlaşır.

“Onlar “Gürcü arzusu qalib gəlsə” sözlərini lüğətlərindən çıxarıb və daim deyirlər: “Əgər “Gürcü arzusu” seçkiləri saxtalaşdırsa”. Aydındır ki, onlar növbəti dəfə seçkinin nəticələrini tanımır və dövlət institutlarına hücum və ölkədə iğtişaşlar yaratmağa çalışacaqlar”, – Kobaxidze bildirib.

Mənbə: TASS