Baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstan Ukrayna hakimiyyəti ilə birtərəfli dostluq münasibətindədir.
Bu barədə Gürcüstanın “Rustavi 2” telekanalı məlumat yayıb.
Gürcüstanda Ukraynadan götürülən partlayıcılarla bağlı işin istintaqını şərh edən hökumət başçısı qeyd edib ki, onlar Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə ölkəyə gətirilib. O, bu faktı “təəssüf doğuran” adlandırıb.
Kobaxidze vurğulayıb ki, Kiyevin Gürcüstana münasibəti “kobuddur”. Baş nazir qeyd edib ki, Ukraynanın yüksək rütbəli rəsmilərinin Gürcüstanda ikinci cəbhə görmək istədikləri barədə bəyanatından sonra belə münasibətdə təəccüblü heç nə yoxdur.
Onun sözlərinə görə, Gürcüstan Ukrayna rəhbərliyi ilə birtərəfli dostluq münasibətində qalır.