Gürcüstanın hakim partiyası Venesiya Komissiyasının tənqidi ilə razılaşmadıqlarını bildiribbackend

Hakim “Gürcü Arzusu” partiyası Venesiya Komissiyasının bu yaxınlarda qəbul edilmiş “Xarici agentlər haqqında” qanunun geri götürülməsi tələbi ilə razılaşmayıb. TASS xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun deputatı Salome Kurasbediani jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Venesiya Komissiyasının rəyi siyasi mesajlarla doludur, hüquqi peşəkar əsaslandırmadan məhrumdur və xeyli sayda yanlış məlumat ehtiva edir.

Belə ki, Kurasbediani Venesiya Komissiyasının maraqlı tərəflərin qanun layihəsinin müzakirəsində iştirak etmək imkanının olmaması ilə bağlı bəyanatını həqiqətə uyğun olmayan adlandırıb. Bundan başqa, qanuna qarşı dinc adlandırılan etirazlar əslində aqressiv xarakter daşıyıb və parlamentə basqın, polisə hücumlar və əmlaka ziyan dəyməsi ilə müşayiət olunub.

Mənbə: TASS