Gürcüstanın keçmiş məmurlarından 7 milyon dollardan çox pul götürülübbackend

Gürcüstanın keçmiş yüksək rütbəli məmurlarının, o cümlədən keçmiş baş nazir İrakli Qaribaşvilinin evlərində axtarış aparılıb, axtarış zamanı 7 milyon dollardan çox, 198 ədəd qızıl-zinət əşyaları və saatlar, bahalı rəsmlər və sənədlər götürülüb. RİA Novosti xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin direktoru Emzar Qaqnidze brifinqdə bildirib.

İstintaqda 230-a yaxın hüquq-mühafizə orqanı əməkdaşı iştirak edib. Hazırda götürülmüş əşyalara baxış keçirilir.

Bundan başqa, vəsaitlərin mənşəyi müəyyən ediləcək, bundan sonra əlavə istintaq-əməliyyat tədbirləri və cəlb olunmuş şəxslərə qarşı hüquqi tədbirlər planlaşdırılacaq, deyə Qaqnidze bildirib.