Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin hakerlər tərəfindən ələ keçirilən rəsmi “YouTube” hesabı geri qaytarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi “Facebook” səhifəsində məlumat verilib.
“Əziz dostlar, Hacı Şahin Həsənlinin rəsmi “YouTube” kanalı geri qaytarıldı və artıq yenidən xidmətinizdədir. Bu günlərdə bizə yardım edən və dəstək olan hər kəsə təşəkkür edirik”.
Qeyd edək ki, bir müddət öncə mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin “YouTube” səhifəsi oğurlanmışdı.