Hacı Zeynalabdin Tağıyevin abidəsinə zərər vuranların kimlikləri açıqlandıbackend

Xəbər verildiyi kimi, dünən naməlum şəxslər paytaxtın Səbail rayonunda Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurublar. Zərər vuran şəxslərin kimlikləri müəyyən edilib.

Bu barədə  DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar Səbail RPİ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər – 1991-ci il təvəllüdlü Vüqar Tağızadə, 1996-cı il təvəllüdlü Allahverdi Məmmədli ilə müəyyən olunaraq saxlanılıb.

Qeyd olunan hərəkətlərdə xuliqanlıq, tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama əməlinin tərkib əlamətləri olduğundan fakta görə Səbail RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221-cü (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.