Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulacağı tarix AÇIQLANDIbackend

“Böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəli sabah “İçərişəhər” metrostansiyasının yaxınlığında qoyulacaq”.

Bunu Oxu.Az-a açıqlamasında Xalq rəssamı Xanlar Əhmədov bildirib.

O qeyd edib ki, heykəlin açılışının nə zaman olacağı barədə heç bir məlumat yoxdur:

“Heykəlin açılışı bir həftəyə də ola bilər, bir aya da ola bilər. Hələlik bu barədə tam məlumat verilməyib”.

Qeyd edək ki, H. Z. Tağıyevin “İçərişəhər” metrostansiyasının yaxınlığında heykəlinin qoyulması üçün işlər görülür.

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edilib. Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib olub.

Ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv olunduğu üçün heykəlin açılışı təxirə salınıb.