Hacıbala Abutalıbovun adamı daha bir vəzifəsini itirdi – FOTObackend

Bakı Şəhər İcra Hakimiyyətinin başçısının sabiq müavini Fidumə Hüseynova Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvlüyündən çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, onu bu vəzifədə Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Elgin Şirin oğlu Həbibullayev əvəz edib.

Qeyd edək ki, F.Hüseynova 2005-ci ildən 2021-ci ilin mart ayınadək Bakı Şəhər İcra Hakimiyyətinin başçısının müavini olub.

Xatırladaq ki, 2001-ci ildən 2018-ci ilə qədər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı isə Hacıbala Abutalıbov olub.