Hacıqabul DAİM-in müdiri işdən qovuldubackend

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) baş verən maliyyə pozuntuları ilə əlaqədar cinayət işi açılıb.

İctimai.az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluqda fakt üzrə Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu, mərkəzdə subsidiyaların təyinatı üzrə istifadə olunmaması və mənimsəmə faktı ilə bağlıdır. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məlumata görə, yoxlama aparılan müddətdə Hacıqabul DAİM-in müdiri Ariz Abuzərov tutduğu vəzifədən uzaqlaşdırılıb. Onunla bağlanmış müqaviləyə xitam verilib.