Hacıqabul Quşçuluq Şirkəti tərəfindən bayram sovqatı paylanılıbbackend

Dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik bayramı olan müqəddəs Qurban bayramı münasibəti ilə Hacıqabul Quşçuluq Şirkəti tərəfindən Quba, Zaqatala, Hacıqabul, Lənkəran, Şirvan rayonlarından olan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Aksiya çərçivəsində 300-ə yaxın ailəyə bayram sovqatı çatdırılıb.

Rayon sakinləri bu əziz gündə onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyiblər.

Qeyd edək ki, aksiyanın əsas məqsədi bayram günlərində sosial həssas təbəqəyə mənsub ailələrə qayğı və diqqəti artırmaq, cəmiyyətimizdə paylaşma və həmrəylik ənənəsini gücləndirmək olub

Hacıqabul Quşçuluq Şirkəti tərəfindən bundan sonra da bu kimi aksiyaların keçirilməsi davam etdiriləcək.