Bugün günorta saatlarında Bakı-Hacıqabul yolunda ağır qəza hadisəsi baş verib.
İctimai.az-ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, Bakı istiqamətində hərəkət edən avtomobil eyni istiqamətdə hərəkət edən yük avtomobilinə toxunduqdan sonra bir neçə dəfə aşıb.
Nəticədə avtomobil yararsız hala düşüb, ölən və yaralılar haqda hələki məlumat yoxdur.
Yolda nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
İctimai.az hadisə yerindən fotoları təqdim edir: