Hacıqabulda AĞIR QƏZA: Ölən və yaralanan varbackend

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

Bakı sakini, 1996-cı il təvəllüdlü İlkin Vəfadar oğlu Xələfovun idarə etdiyi VAZ-2107 markalı avtomobil “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə sərnişin ölüb, sürücü isə ağır vəziyyətdə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.