Hacıqabulda iki yük maşını toqquşubbackend

Hacıqabulda iki yük maşını toqquşub, ölən və yaralanan var.

Oxu.AzAPA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Qaras və Padar kəndlərindən keçən hissəsində baş verib.

“AzəriMed” QSC-yə məxsus “İsuzu” markalı avtomobil arxadan “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə “İsuzu”nun sürücüsü Bakı sakini, 1994-cü il təvəllüdlü Sadıq Vasif oğlu Sadıqov hadisə yerində ölüb. Sərnişin, Goranboy sakini, 1987-ci il təvəllüdlü Aslan Mikayıl oğlu Aslanov Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.