Hakerlər Apple və Microsoft müştərilərinin parollarını oğurlayıblar

Naməlum hakerlər məlumat mərkəzlərinə daxil olaraq dünya üzrə iki mindən çox texnologiya şirkətinin login və parollarını oğurlayıblar.

Bu barədə Bloomberg məlumat yayıb.

GDS Holdings və ST Telemedia Global Data şirkətlərinin müvafiq olaraq Çin və Sinqapurda yerləşən məlumat mərkəzləri hücuma məruz qalıb.

O, Alibaba, Amazon, Apple, Huawei və Microsoft kimi İT nəhənglərinin, həmçinin Goldman Sachs, BMW və Walmart müştərilərinin şəxsi məlumatlarını saxlayırdı.

Mənbə: Bloomberg

İctimai.az

Oxşar xəbərlər