Hakim partiyanın lideri Cənubi Koreya prezidentini hakimiyyətdən uzaqlaşdırmağa çağırıbbackend

Cənubi Koreyanın hakim Vətəndaş Gücü Partiyasının lideri Han Donq-hun bildirib ki, prezident Yoon Seok-yeolun səlahiyyətləri mümkün qədər tez dayandırılmalıdır.

Onun sözlərini Cənubi Koreyanın Yonhap agentliyi yayıb.

Han Donq-hun Milli Assambleyada partiya rəhbərliyinin növbədənkənar iclasında deyib: “Yeni aşkar edilmiş faktları nəzərə alaraq, prezident Yoon Seok-yeolun Koreya Respublikasını və onun xalqını qorumaq vəzifələrindən dərhal kənarlaşdırılmasını zəruri hesab edirəm”. .

Onun sözlərinə görə, prezidentin əks-kəşfiyyat komandirinə ölkənin əsas siyasi xadimlərini “dövlət əleyhinə olan qüvvələrə” mənsub olmaqda ittiham edərək saxlamağı tapşırdığı təsdiqlənib.

O, prezidentin prezident səlahiyyətlərini saxlayacağı təqdirdə, hərbi vəziyyətin uğursuz elan edilməsi kimi yenidən “radikal” addımlar atması ehtimalının olduğunu bildirib.