Hamiləlik dövründə hansı qidaların uşağın intellektinə təsir etdiyi məlum olubbackend

Hamilə qadınlar pəhrizlərini diqqətlə izləməlidirlər, çünki bu, digər şeylər arasında körpənin beyin inkişafına və zəkasına təsir göstərir. Reproduktiv ginekoloq Mariya Milyutina NSN-ə bildirib ki, qidada yod kritik rol oynayır.

Həkim gələcək anaları qida rasionunda zülal və sağlam yağların balansına üstünlük verməyə çağırıb. Məsələn, onlar müntəzəm olaraq kərə yağı, bitki yağları, qoz-fındıq istehlak etməlidirlər. Yarpaqlı göyərti, tərəvəz və yaşıl meyvələrdə olan fol turşusu da vacibdir.

“Yod çox vacibdir – bu, dəniz məhsullarında və yodlaşdırılmış duzda olur. Yoddan söz düşmüşkən, əgər ananın qalxanabənzər vəzinin funksiyası aşağıdırsa, onun uşaqlarının əqli inkişafı pozulur. Qalxanabənzər vəzin funksiyası nə qədər yaxşı olarsa, uşağın İQ səviyyəsi də bir o qədər yüksək olar”, – NSN müsahibi qeyd edib.