Hamiləlik dövründə qida çatışmazlığının uşağın zəkasına təsir göstərə biləcəyi müəyyən edilmişdirbackend

Vegetarianizm omeqa-3-6 çatışmazlığına səbəb ola bilər. Bu, xüsusilə hamiləlik dövründə təhlükəlidir, çünki uşağın idrak qabiliyyətlərinə təsir göstərə bilər. Bu barədə Rusiya Səhiyyə Nazirliyinin Kulakov adına Milli Tibbi Mamalıq, Ginekologiya və Perinatologiya Tədqiqat Mərkəzinin Ginekoloji Endokrinologiya şöbəsinin diyetoloqu Yuliya Moskviçeva Gazeta.Ru-ya bildirib.

“Omeqa-3-lərin qoz-fındıqda, toxumda və bitki yağlarında olmasına və vegetarianların bu qidaları pəhrizlərinə daxil etməsinə baxmayaraq, tədqiqatlar göstərir ki, bu, həmişə kifayət deyil. Çoxdoymamış yağ turşularının əhəmiyyətli mənbələrinə yağlı balıq və dəniz məhsulları daxildir. Anada omeqa-3 çatışmazlığı uşağın idrak qabiliyyətlərinə mənfi təsir göstərə bilər”, – deyə həkim qeyd edib.

Həkim həmçinin vurğulayıb ki, bu risklər gələcək anaları qorxutmamalı, əksinə onları qidalanmaya ciddi yanaşmağa təşviq etməlidir.