Yeddiqat Formula 1 çempionu və Mercedes komandasının sürücüsü Lyuis Həmilton sosial şəbəkələrdə komandadan ayrılmağı həyatında ən çətin qərar adlandırıb.
“Mercedes 13 yaşımdan həyatımın ayrılmaz hissəsi olub. Bu qərar qəbul etməli olduğum ən çətin qərar idi. Birlikdə əldə etdiyimiz hər şeydən inanılmaz dərəcədə qürur duyuram”, – Hamilton bildirib.
Britaniyalı 2025-ci il mövsümündə Ferrari-yə qoşulacaq və Çarlz Leklerin komanda yoldaşı olacaq. Ferrari-də o, ən yüksək maaş alan Formula 1 pilotlarından biri olaraq qalacaq.
Mənbə: TRT Spor












