Hande Harmancıdan vaksinlərlə bağlı AÇIQLAMAbackend

“Hazırda Azərbaycan COVAX-ın üzvüdür və ödəniş edərək COVAX vasitəsilə aldığı vaksinlər ölkəyə gətirilir”.

Cari.az xəbər verir ki, bu sözləri APA TV-yə müsahibəsində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, xeyli vaksin gətirilib və bundan sonra da gəlməyə davam edəcək:

“Bununla yanaşı, Azərbaycan digər ölkələrlə ikitərəfli müqavilələr əsasında ölkəyə vaksin gətirib. Hazırda Azərbaycanda vaksin problemi yoxdur”.

H.Harmancı bildirib ki, bu gün aparılan sınaqda vaksinlərin hər birinin iki dozada maksimum effekt verdiyi təsdiq edilib:

“İnsanlar, ölkələr yeni qərar alarkən bu nünasları nəzərdə tutaraq addım atacaqlar. Əsas odur ki, gigeyina qaydalara riayət edilsin, insanların çox olduğu ictimai yerlərdə tibbi maskalardan təyinatı üzrə istifadə edilsin”.