Haniyənin ölümünün təfərrüatı açıqlanıbbackend

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmail Haniyə təxminən 7 kq ağırlığında döyüş başlığı olan qısamənzilli raketlə öldürülüb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yayımladığı bəyanatda deyilir.

“Araşdırma və təhlillərə əsasən, bu terror əməliyyatı qonaqların yaşadığı ərazidən kənarda, yaxın məsafədən atılan mərmi ilə həyata keçirilib”, – deyə məlumatda vurğulanıb.

SEPAH-dan əlavə edilib ki, sui-qəsd ABŞ hökumətinin dəstəyi ilə İsrail tərəfindən planlaşdırılıb və həyata keçirilib.

“Şəhid Haniyənin qan qisasının alınacağı aydındır. Bu cinayətə görə qəti addımlar atılacaq. Münasib vaxtda, müvafiq yerdə və üsulla sərt cəza olacaq”, – deyə bəyanatda xəbərdarlıq edilib.