Aktyor Daniel Radcliffe-nin Harri Potter və Sirlər Palatası filminin çəkiliş meydançasında geyindiyi məktəbli forması ABŞ-da Propstore auksionunda 101 min dollara satılıb.
Bu barədə Daily Mail məlumat yayıb.
Qriffindorun tünd boz xalatı, ağ köynəyi, tünd şalvarı, yun sviteri, qara ayaqqabısı və Potterin dairəvi eynəyi çəkicin altına düşdü.
Kostyum qəsdən palçıq və süni qanla boyanıb. Əşyaların başlanğıc qiyməti 75.000 dollar idi.
Mənbə: A haber
