Hatayda baş verən zəlzələdə 3 əsgər şəhid olubbackend

Türkiyə Milli Müdafiə Nazirliyi Hatayda episentri Kahramanmaraşın Pazarcık və Elbistan rayonları olan və 10 vilayətdə baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlər nəticəsində 3 əsgərin şəhid olduğunu açıqlayıb.

İctimai.az xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Nəqliyyat Mütəxəssisi Çavuş Hakan Al, piyada sıravi Mert Can Sümbül və piyada sıravi Eren Taşkının Hatayda şəhid olduğu bildirilib.

Bəyanatda qeyd olunub: Bizi dərin ağrı və hüznlə yaşadan bu hadisədə həyatını itirən şəhidlərimizə Allahdan rəhmət diləyir, kədərli ailələrinə, Türk Silahlı Qüvvələrinə və soylu millətimizə başsağlığı və səbr diləyirik”.

Mənbə: AA

İctimai.az