ABŞ prezidentinin elçisi Stiven Vitkoffun olduğu güman edilən təyyarə ABŞ hava məkanını tərk edərək Rusiyaya doğru hərəkət edir.
“Təyyarə sadəcə olaraq ABŞ hava məkanını tərk edərək, Avropaya, sonra isə Rusiyaya istiqamət alıb”, – agentlik mənbədən sitat gətirib.
Hava hərəkətinə nəzarətin məlumatına görə, təyyarə Florida ştatındakı hava limanını UT 1:00 radələrində tərk edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, Witkoff çərşənbə axşamı, dekabrın 2-də günortadan sonra prezident Putinlə görüşəcək. O, həmçinin Putinin Rusiya-Amerika təmaslarına hazırlıq məqsədilə bir sıra ictimai olmayan görüşlərdə iştirak edəcəyini açıqlayıb.














